ABŞ-da 7 nəfərin qatilinin ŞOK QAÇIŞ PLANI ÜZƏ ÇIXDI - FOTO

ABŞ-ın İllinoys ştatında 4 İyul Müstəqillik Günü tədbiri zamanı 7 nəfəri qətlə yetirən, ən azı 30 nəfəri yaralayan Robert E.Krimonun gizli planı üzə çıxıb.
BAKU.WS xəbər verir ki, əvvəlcədən silahlı hücumu planlaşdıran 22 yaşlı gənc cinayətdən sonra izləri itirmək üçün hətta qadın paltarı geyinib.
Qeyd edək ki, tədbirin başlamasından təxminən 10 dəqiqə sonra silah səsləri eşidilib və ərazidə olanlar təşviş içində qaçmağa başlayıblar.
Polis rəisi Lou Coqmen mətbuata açıqlamasında bildirib ki, Çikaqonun ətrafı olan Highland Park bölgəsində səhər saatlarında baş verən atışmadan sonra keçirilən axtarışlar axşam saatlarında bəhrəsini verib.
Polisin yerləşdiyi yerdən təxminən 8 kilometr şimalda maşın sürən şübhəli, 22 yaşlı amerikalı Robert E.Krimo təqibdən sonra saxlanılıb.
Məlumat üçün bildirək ki, 22 yaşlı şübhəlinin evinə 2019-cu ilin sentyabrında da polis tərəfindən basqın edilib. Onun evindən 16 bıçaq, bir xəncər və qılıncla yanaşı, müxtəlif vaxtlarda 5 silah-sursat, o cümlədən bir sıra iti alətlər də götürülüb.



Oxşar xəbərlər
“Human Rights Watch”dan Ermənistanın Azərbaycana qarşı kasetli silahlardan istifadə etməsinə dair növbəti hesabat
“Human Rights Watch” təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araş...