Tbilisidə mikromaliyyə təşkilatının ofisinə basqın zamanı girov götürülənlər azad edilib - YENİLƏNİB
Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın zamanı girov götürülən şəxslərin hamısı sərbəst buraxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Ciorcobiani məlumat verib. Bildirilib ki, basqın edən şəxs polisə təslim olub.
Qeyd edək ki, DİN-in sonuncu açıqlamasında basqın edən şəxsin 11 nəfəri girov götürdüyü bildirilmişdi.
***
Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edən şəxs 9 nəfəri girov götürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib.
Onun sözlərinə görə, hazırda xüsusi əməliyyat davam etdirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı qarət və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri üzə operativ istintaq tədbirlərinə başlanılıb.
Oxşar xəbərlər
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası üçüncü qələbəsi ilə ölkə tarixinə düşdü
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilən parlament seçkiləri üzrə 3847 məntəqədən 3735-də səsləri hesablayıb. AZƏRTAC xəbər verir ki,...