Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Roketsan Şirkərinin Baş direktoru Murad İkinci deyib.
Onun sözlərinə görə, şirkətin Azərbaycanda həyata keçirdiyi investisiya layihəsi çərçivəsində raket istehsalı sahəsinə ciddi töhfə verəcək yeni müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.
Baş direktor Roketsanın eyni zamanda Azərbaycan Hərbi Hava Qüvvələri və Quru Qoşunları ilə bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayıb.
"Azərbaycan bizim qardaş ölkəmizdir. Biz Roketsan olaraq burada çox ciddi müdafiə sənayesi layihələrini həyata keçirməyə çalışırıq. Hazırda davam etdirdiyimiz bir investisiya layihəmiz var. Bu investisiya ilə Azərbaycanda raket istehsalı sahəsində çox ciddi töhfə verəcək bir müəssisəni istifadəyə verəcəyik.
Bir çox şirkətlə əməkdaşlıq edirik. Burada istehsal olunan məhsulların oxşarlarının Azərbaycanda hazırlanmasını təmin edəcək, eyni zamanda azərbaycanlı gənc mühəndislərin və texniki mütəxəssislərin yetişməsinə xidmət edəcək infrastruktur formalaşdırırıq", - Murad İkinci qeyd edib.
Oxşar xəbərlər
RF-nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları – Moskva körpüləri yandırır
Rusiya Federasiyası (RF) növbəti dəfə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaqdoldurma məntəqəsini (YDM) vurub. "SOCAR Energy Ukraine" şirk...