Bakıda yarım milyonluq qızıl işi: Şahidlər məhkəmədə ifadə verdi

Bakıda yarım milyonluq qızıl işi: Şahidlər məhkəmədə ifadə verdi
Hadisə 13

Qızıl satışı adı ilə Azərbaycan vətəndaşlarına qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Şahidlərdən biri ifadəsində bildirib ki, Guzal Mamatovanı dostu ilə tanış edərək, onun qızıl işi ilə məşğul olduğunu deyib: "Onların söhbətinə qarışmadım. Sonradan bildim ki, ona 12 min manatlıq qızıl verib. O isə qızılları lombarda verib. Sonra isə biz gedib malın pulunu verib qızılları lombarddan göturdük".

Prosesdə ifadə verən digər şahid isə Guzal Mamatovaya 37 min manat dəyərində qızıl verdiyini, pulunu ondan ala bilmədiyini deyib. Təqsirləndirilən şəxs isə onu ilk dəfə gördüyü, əvvəllər tanımadığını deyib və "yalançı şahid" adlandırıb.

Şahid ifadələri bitdikdən sonra sənədlər tədqiq olunub və məhkəmə istintaqının bitdiyi elan edilib.

Qeyd edək ki, Guzal Mamatova əvvəllər "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və ticarətçilər arasında tanınıb. Həmin yerdə qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılların Özbəkistanda satışını həyata keçirib. Bu yolla yarım milyon manatadək dəyərində qızıl-zinət əşyalarını müştərilərdən alaraq pulunu mənimsəməkdə təqsirləndirilir.

Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər