SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Ukraynadakı hərbi əməliyyatların ilk günündə 30-dan artıq tank, 130-a yaxın zirehli maşın, 7 hərbi təyyarə, 6 helikopter, 800 hərbçi itrib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, müharibənin birinci günü Rusiya 203 dəfə Ukraynaya hücum edib.

***09:15

Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisinin təxminən 400 nəfər olduğu bildirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

Müşavir: "İlkin hesablamalara görə, 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb", - deyə Arestoviç vurğulayıb.

Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 316 hərbçi yaralanıb.

BAKU.WS