Zelenski: "Rusiya ilə diplomatik əlaqələr kəsilib"
Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib ki, Rusiya ilə diplomatik əlaqələr kəsilib.
BAKU.WS “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti torpaqlarını qorumaq iqtidarında olduqlarını bildirib.
“Bu səhər tarixə düşdü. Rusiya ilə diplomatik əlaqələr kəsilib. Hər birimiz müstəqilliyimiz üçün çalışırıq. Dövlətinizi qorumaq üçün hazır olun. Moskva nə düşünürsə, düşünsün, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdirlər. Bu gündən etibarən Ukrayna dünya tarixində yerini tapdı”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, bu gün səhərdən Ukraynada hərbi əməliyyatlar başlayıb. Ukraynada hərbi əməliyyatların başlanmasından sonra ölkə rəhbəri Volodimir Zelenski xalqa müraciət edib.
Oxşar xəbərlər
Ukrayna Türkiyədən dəstək istədi
Ukraynanın Türkiyədəki səfirliyi bu gün rəsmi Ankaraya çətin zamanda ona dəstək verməklə bağlı çağırış edib. BAKU.WS “tass.ru”ya istinadən xəbər verir ki, səfir...