SİZİN REKLAM BURADA!
055 213 76 73


İsveçrə prezidenti Qi Parmelan ABŞ-Rusiya sammiti zamanı ABŞ prezidenti Cozef Bayden və Rusiya prezidenti Vladimir Putinə yerli istehsal olan “Tissot”un “T-Touch Connect Solar” modelli qol saatı hədiyyə edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, saatın pərakəndə satış qiyməti 995 İsveçrə frankıdır (təxminən 1 100 dollar). Bu model saatdan Rusiyada 2022-ci ildə satışa çıxarılacaq.

Qeyd edək ki, Cozef Baydenlə Vladimir Putin arasında görüş iyunun 16-da Cenevrədə keçirilib.

BAKU.WS