Putin Baydeni debata çağırdı - Ağ Ev “Bayden məşğuldur” dedi
ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini “qatil” adlandırdıqdan sonra iki ölkə arasında gərginlik artıb.
BAKU.WS xəbər verir ki, bu açıqlamadan sonra Putin Baydeni onlayn debata çağırıb:
“Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək, bu da onlayn adlanır. Hər hansı ləngimə olmadan, ancaq birbaşa canlı müzakirə. Cümə və ya bazar ertəsi Baydenlə danışmağa hazıram”.
Putinin bu təklifinə Ağ Evdən cavab gecikməyib:
“Hələ heç nə demək olmaz. Sabah prezident məşğuldur”.
Bundan başqa, Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib ki, ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi açıqlamalara görə təəssüflənmir.
Oxşar xəbərlər
Rusiya ABŞ səfirini geri çağırdı
Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün Moskvaya geri çağırıb. BAKU.WS "Independent"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezid...