Rusiya ABŞ səfirini geri çağırdı
17
mar
2021
22:13
Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün Moskvaya geri çağırıb.
BAKU.WS "Independent"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Co Baydenin Vladimir Putini "qatil" adlandırmasıdır.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, bununla rəsmi Moskva Bayden administrasiyası dövründə ABŞ ilə münasibətlərdə "geri qaytarılması mümkün olmayan deqradasiyasından" yayınmağı düşünür.
Qeyd edək ki, C.Bayden ABC telekanalına müsahibəsi zamanı Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə V.Putini qatil adlandırıb.
Oxşar xəbərlər
Navalnı 3,5 il müddətinə həbs edildi
Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib. BAKU.WS TASS agentliyi...