Co Baydenin prezidentliyə namizədliyi rəsmiləşdi
ABŞ-ın keçmiş vitse-prezidenti, Demokrat Partiyasının üzvü Co Baydenin prezidentliyə namizədliyi irəli sürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə siyasətçinin özü ölkə mətbuatına videomüraciətində bildirib.
Qeyd edək ki, Co Baydenin prezidentliyə namizədliyi Demokrat Partiyası tərəfindən rəsmi olaraq dünən irəli sürülüb.
Partiyanın dörd günlük milli konqresi epidemiya səbəbindən virtual olaraq keçirilib. Ölkənin başqa yerlərindəki nümayəndələr distant formada səs veriblər.C.Baydenin cümə axşamı namizədlik nitqi ilə çıxış edəcəyi bildirilib.
“Bütün qəlbimlə çox təşəkkür edirəm. Bu, mənim və ailəm üçün dünyalara bərabərdir”, - deyə C.Bayden qeyd edib.
Onlayn olaraq baş tutacaq Respublika Milli Konqresinin gələn həftə də keçiriləcəyi açıqlanıb. ABŞ-ın hazırkı prezidenti Donald Trampın namizədlik çıxışını Ağ Evdə edəcəyi bildirilib.
Oxşar xəbərlər
Co Bayden seçki öncəsi liderliyi ələ aldı
ABŞ-da ilkin seçkilərin keçirildiyi 14 ştatdan 11-nin nəticəsi açıqlanıb. BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, nəticəsi açıqlanan ştatlardan 8-də (...