Navalnı 3,5 il müddətinə həbs edildi
Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.
BAKU.WS TASS agentliyinə istinadən xəbərə verir ki, məhkəmənin qərarına müvafiq olaraq Aleksey Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu cəza real həbslə əvəzlənib.
Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Navalnı qardaşları “2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu ilə “İv Roşe Vostok” şirkətinin 26,7 milyon məbləğində pulunu, eləcə də “Mnoqoprofilnaya proesesinqovaya kompaniya” firmasının 4,4 milyon rubl məbləğində pulunu qarət ediblər.
Aleksey Navalnı Almaniyadan Rusiyaya qayıtdıqdan sonra yanvarın 17-də Federal Penitensiar Xidməti tərəfindən saxlanılmışdı.
Oxşar xəbərlər
Putin Navalnının hazırladığı filmə cavab verdi - VİDEO
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Aleksey Navalnının onun "saray"ı barədə hazırladığı filmə vaxtı olmadığı üçün baxmayıb. BAKU.WS xəbər verir ki,...