Toyda döyülən şəxs xəstəxanada öldü
06
okt
2026
10:16
Oktyabrın 2-si Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində döyülən gənc xəstəxanada vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin həyatını xilas etmək mümkün olmayıb.
O, ötən gün Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Qubada 60 yaşlı kişi dəm qazından boğularaq ölüb
Qubada 60 yaşlı kişi dəm qazından boğularaq ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı f...