Britaniya parlamenti Çinin Uyğur türklərinə qarşı rəftarını soyqırım adlandırdı

Böyük Britaniyanın parlementi yekdilliklə Çinin Sincan bölgəsindəki Uyğur müsəlmanlara qarşı hökumətin rəftarını soyqırım adlandırıb.
BAKU.WS "The Hill" nəşrinə istinadən xəbər verir ki, Çinin bölgədə insan haqlarını kobud şəkildə pozması təkcə Britaniyada deyil, bundan əvvəl ABŞ, Kanada, Hollandiya tərəfindən də soyqırım kimi tanındı.
"Bu gün Çin Kommunist Partiyasının uyğurlara qarşı qəddarcasına təzyiqi soyqırımdır. Məsələ burada bitmir. Daha çox zülmün qarşısını almaq üçün addım atmaqla məsuluq. Tarix bizi nəzakətlə mühakimə etməyəcək. Bu hökumətin Çin ilə sıx ticarət əlaqələri qurması ağlasığmazdır", - deyə açıqlamada bildirilir.
Oxşar xəbərlər
Çin XİN ABŞ Dövlət katibini təlxək adlandırdı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin ABŞ Dövlət katibi Mayk Pompeonu təlxək, onun Sincan Uyğur Muxtar Vilayətindəki uyğur soyqırımı ilə bağlı açıqla...
