Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada Yaradıcılıq Mərkəzini ziyarət ediblər, "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, diplomatlar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə və onun Qarabağın inkişafındakı roluna həsr olunmuş ekspozisiyaya baxıblar.
Sərgidə Heydər Əliyevin siyasi, iqtisadi, sosial və mədəni fəaliyyətini, eləcə də onun Qarabağa səfərlərini, görüşlərini və müxtəlif tədbirləri əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş etdirilib.
Ekspozisiya ziyarətçiləri Qarabağın və Şərqi Zəngəzurun tarixində 1969-cu ildə başlayan dönüş dövrü ilə tanış edir.
Foto və videomateriallarda Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə region həyatının bütün sahələrində həyata keçirdiyi genişmiqyaslı islahatlar haqqında məlumatlar təqdim olunur.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...