SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Co Bayden bu ilin mayına kimi Əfqanıstandan çıxmağın "çətin" olacağını iddia edib.

BAKU.WS "Sputnik"ə istinadən xəbər verir ki, ABŞ qoşunlarının 1 may tarixinə kimi Əfqanıstandan çıxarılması gündəlikdə olan məsələlərdəndir.

Qeyd edək ki, ötən ilin iyulunda ABŞ prezidenti Donald Tramp qısa zamanda ordusunun Əfqanıstanı tərk edəcəyini açıqlamışdı. ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, “Taliban” hərəkatı ilə əvvəlcədən bağlanmış sülh razılaşması çərçivəsində ABŞ 2021-ci ilin may ayına qədər qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.

BAKU.WS