Netanyahu Trampla telefon danışığı aparıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüşdən sonra Donald Trampla telefon danışığı aparıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Netanyahunun Ofisi məlumat yayıb.
"Netanyahu bu gün Uitkoffla görüşüb. Bundan sonra baş nazir ABŞ Prezidenti Donald Trampla söhbət edib. Baş nazir İsrail əsgəri İdan Aleksandrın azad edilməsində göstərdiyi köməyə görə Prezidentə təşəkkür edib", - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, "ABŞ Prezidenti İsrailə dəstək verməyə sadiq olduğunu bir daha təsdiqləyib və Baş nazirlə sıx əməkdaşlığı davam etdirmək istəyini ifadə edib".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...