SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitcoin”in qiyməti 2017-ci ilin dekabrından bəri ilk dəfə 17 min ABŞ dollarını ötüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu il bazar dəyərini təxminən 2 dəfə artıran “Bitcoin” bu gün New-York fond birjalarında 17 067 ABŞ dollarına satılıb.

Qeyd edək ki, kriptovalyutanın qiyməti 2017-ci ildə 20 min ABŞ dollarına yaxınlaşmış, lakin 1 il ərzində qiyməti 3 136 ABŞ dollarına qədər kəskin enmişdi.

BAKU.WS