Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlamağı planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclasında bildirib.
Onun sözlərinə görə, rəqəmsal transformasiya əməkdaşlığımızın digər vədverici sahəsidir: "Biz süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün böyük potensial görürük. Bu sahələrdə xüsusi yol xəritəsinin hazırlanması, eləcə də Böyük Britaniyanın aparıcı universitetləri ilə birgə akademik proqramların həyata keçirilməsi əməkdaşlığımıza daha böyük məzmun və praktiki yönüm gətirəcək. Əməkdaşlığımız kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, mədəniyyət və turizm sahələrində də sabit şəkildə inkişaf edir".
"Bu gün geniş spektrli sahələri, o cümlədən yaşıl enerji, nəqliyyat bağlantısı və şəhər mobilliyini əhatə edən dörd saziş və memorandumun imzalanması siyasi dialoqumuzun konkret layihələrə necə çevrildiyini nümayiş etdirir. 10 sahə üzrə 60-dan çox fəaliyyəti əhatə edən 2026–2027-ci illər üzrə Fəaliyyət Planı qarşıdakı dövrdə birgə işimiz üçün aydın yol xəritəsi təqdim edir. Əsas vəzifəmiz razılaşmalarımızı real nəticələrə, birgə potensialımızı isə yeni layihələrə çevirməkdir", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır
"UK Export Finance" Azərbaycandakı layihələr üzrə ən azı 5 milyard funt sterlinq (6,623 milyon dollar) məbləğində bazar risklərini öz üzərinə götürməyə hazırdır...