Yuxusuzluğun ölümcül təhlükəsi barədə xəbərdarlıq
Daimi yuxusuzluq insan sağlamlığına əhəmiyyətli zərər verir.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, endokrinoloq Dilyara Lebedeva xəstəliyin ölümcül təhlükəsi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, yuxu pozulduqda selikli qişaları qoruyan hüceyrələrin sayı azalır. Buna görə immunitet sistemi pozulur, düşmən mikroflorası böyüyür və epitel hüceyrələri məhv olur.
Bütün bunlar sızan bağırsaq sindromuna, həmçinin hepatit, tip 1 diabet, bağırsaq xərçəngi və mioma kimi xəstəliklərə səbəb ola bilər. O, yuxusuzluğun psixi sağlamlığa da təsir etdiyini xatırladıb. Yuxusuzluq insanda depressiya yarana bilər.
Oxşar xəbərlər
Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələ...