Yeni il hədiyyələrindəki təhlükələr

Yeni il hədiyyələrindəki təhlükələr
Digər 331

Yeni il hədiyyələri xüsusən uşaqlar üçün seçilənlər bəzən gözlənilməz təhlükələr daşıyır.

Milli.Az xəbər verir ki, uşaqlara verilən bəzi oyuncaq və hədiyyələr içərisindəki zərərli maddələr və ya təhlükəli dizayn səbəbindən ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu təhlükələrə diqqət yetirmək və uşaqlarımıza hədiyyə seçərkən daha ehtiyatlı olmaq önəmlidir.

Bəs hədiyyə seçərkən nələrə diqqət etməliyik?

Mütəxəssislər xəbərdarlıq edir ki, uşaq məhsullarında istifadə edilən bəzi kimyəvi maddələr, təhlükəli dizaynlar və kiçik hissələr ciddi sağlamlıq problemlərinə yol aça bilər. Əgər diqqət yetirilməzsə, uşaqlarımıza öz əllərimizlə zəhər verə bilərik.

Potensial təhlükələrdən biri kimyəvi maddələrdir. Keyfiyyətsiz uşaq oyuncaq və məhsullarında ftalatlar, formaldehid və ya ağır metallar kimi toksik maddələr ola bilər. Bu maddələr uşaqların dərisinə zərər verə və ya onların sağlamlığını təhlükəyə ata bilər. Kiçik hissələrə sahib olan oyuncaq və məhsullar uşaqların ağızlarına keçə bilər və ciddi boğulma riskinə səbəb ola bilər. Bəzi oyuncaq və məhsulların dizaynı təhlükəsiz deyil. Keskin kənarlar, ağır və ya sabit olmayan hissələr uşaqlar üçün ciddi təhlükə yaratmaqdadır. Elektron cihazlar, xüsusən keyfiyyətsiz istehsal edilənlər yanıq və ya elektrik şoku riski daşıyır. Ayrıca batareyaların zədələnməsi uşaqlar üçün təhlükə yarada bilər.

Oyuncaqların və məhsulların müvafiq təhlükəsizlik sertifikatı (məsələn, CE) olduğuna əmin olun. Uşağın yaşına uyğun olan məhsul və oyuncaq seçimi edərək, təhlükəsizliyi təmin edin. Kimyəvi maddə və zərərli maddələrdən uzaq, yüksək keyfiyyətli məhsullar seçin. Kiçik hissələr və kəskin kənarları olmayan, uşaqlar üçün nəzərdə tutulmuş təhlükəsiz məhsullar daha etibarlıdır.

Qeyd edək ki, Yeni il hədiyyələri uşaqlara sevinc gətirməli, heç bir zaman sağlamlığa təhlükə yaratmamalıdır. Hədiyyə alarkən diqqətli olmaq və sağlamlığa zərər verməyəcək seçimlər etmək olduqca vacibdir.

Son xəbərlər