Yayda hansı daha çox sərinlədir? - Dondurma yoxsa çay?

Yayda hansı daha çox sərinlədir? - Dondurma yoxsa çay?
Digər 369

Havanın nəfəs almağa qoymadığı, asfaltın buxarlandığı bu günlərdə sərinləmək üçün buz kimi dondurma ilə qaynar pürrəngi çay arasında seçim etmək heç də asan deyil.

Bəs görəsən bu ikisindən hansı daha faydalıdır?

BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə yayda dondurma yemək sürətli sərinlik hissi verir, əhvalı yüksəldir, enerjini bərpa edir.

Lakin dondurma çox soyuq olduğu üçün boğaz ağrısı, hətta badamcıq iltihabı yarada bilər. Şəkər və yağ miqdarı yüksəkdir. Bu səbəbdən də arıqlamaq istəyənlər üçün təhlükəli seçimdir. Həmçinin tərkibi süni dadlandırıcı və qatqılarla zəngin ola bilər.

İsti çay içmək isə bədəni tənzimləyir, bədən istiliyini artıraraq tərləmə yaradır, nəticədə daxili temperatur tarazlaşır.

Bundan başqa, çay susuzluğu daha yaxşı yatırır. Tərkibi antioksidantlarla zəngindir – xüsusən yaşıl və ya bitki çayları. Belə çaylar həzm sistemini rahatladır. Qızmar havada isti içki içmək bəzilərinə psixoloji olaraq narahatlıq verə bilər. Əgər çox isti içilərsə, yemək borusuna zərər verə bilər.

Əgər məqsəd yalnız sərinləməkdirsə və sağlamlıq problemi yoxdursa, vaxtaşırı və miqdarında dondurma yemək zərərsizdir. Amma orqanizmin su balansını qorumaq və susuz qalmamaq üçün yayda isti və ya ilıq çay içmək daha ağıllı seçimdir – xüsusilə təzyiqi və ya boğaz problemi olanlar üçün.

Oxşar xəbərlər

Bu bürclərdən olan insanlar çox yaşamır

Bu bürclərdən olan insanlar çox yaşamır

Astrologiyada bəzi bürclər həyat enerjisi, sağlamlıq və ömür uzunluğu ilə əlaqələndirilir. Əlbəttə, insanın nə qədər yaşayacağı daha çox genetikaya, həyat tərz...

9468 Digər 23:59 08 sentyabr 2025

Son xəbərlər