"Yandex" bir ayda Azərbaycandakı bazar payının 24 %-ni itirib

Yandex bir ayda Azərbaycandakı bazar payının 24 %-ni itirib
Digər 90

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 83,75 % təşkil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, noyabr ayına nisbətən 4,37 faiz bəndi çox, 1 il əvvəlin göstəricisi ilə müqayisədə 1 faiz bəndi azdır.

İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 4,48 faiz bəndi azalaraq, illik isə 0,46 faiz bəndi artaraq 13,86 % olub. Beləliklə onun bazar payı son 1 ayda 24 % azalıb.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,11 faiz bəndi, illik isə 0,53 faiz bəndi artaraq 1,61 %-də qərarlaşıb.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,02 faiz bəndi, illik müqayisədə isə 0,09 faiz bəndi artaraq 0,42 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,04 faiz bəndi, illik müqayisədə isə 0,15 faiz bəndi azalaraq 0,27 % olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyənin "Adriana Lima"sı saxlanıldı

Türkiyənin "Adriana Lima"sı saxlanıldı

Türkiyənin İstanbul şəhərində aparılan genişmiqyaslı "fond araşdırması" çərçivəsində üçüncü əməliyyat keçirilib və "Survivor" yarışması ilə tanınan, Türkiyənin...

53 Digər 20:29 25 sentyabr 2026

Son xəbərlər