"Yandex" axtarış sisteminin Azərbaycandakı payı son iki ayda 16 dəfə azalıb

Yandex axtarış sisteminin Azərbaycandakı payı son iki ayda 16 dəfə azalıb
Digər 6

Bu ilin iyun ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 98,51 % təşkil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, may ayına nisbətən 4,32 faiz bəndi, 2025-ci ilin iyun ayının göstəricisi ilə müqayisədə 18,62 faiz bəndi çoxdur.

İkinci pillədəki "Yandex"in bazar payı aylıq müqayisədə 3,83 faiz bəndi, illik isə 17,09 faiz bəndi azalaraq 0,78 %-də qərarlaşıb. Axtarış sisteminin payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 16 dəfə təşkil edib).

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı ay ərzində 0,25 faiz bəndi, illik isə 0,6 faiz bəndi azalaraq 0,6 % olub.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,13 faiz bəndi, illik müqayisədə isə 0,4 faiz bəndi azalaraq 0,06 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,08 faiz bəndi, illik müqayisədə isə 0,46 faiz bəndi azalaraq 0,05 % olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər