"X" sosial şəbəkəsində problem yaranıb
Martın 18-də "X" sosial şəbəkəsində genişmiqyaslı giriş problemi yaranıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, həm mobil tətbiqdə, həm də veb versiyada istifadəçilər sistemə daxil olmaqda çətinlik çəkiblər.
İstifadəçilər platformaya daxil olduqda "profil məlumatlarına daxil olmaq mümkün deyil" kimi xəbərdarlıqla qarşılaşıblar. Yalnız əsas səhifədə deyil, həmçinin mesajlar və bildirişlər bölməsində də nasazlıqların olduğu bildirilib.
Yaşanan problemlər fasilələri real vaxtda izləyən "Downdetector" platformasının məlumatlarında da əks olunub. Qısa müddət ərzində çox sayda istifadəçi xəta barədə bildiriş göndərib və problemin, xüsusilə, mobil tətbiqdə daha geniş yayıldığı müşahidə olunub.
Platformanın sahibi İlon Maskın rəhbərlik etdiyi "X" tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Problemin texniki infrastrukturla bağlı ola biləcəyi ehtimal edilir.
Oxşar xəbərlər
Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidromet...