Rusiyada azərbaycanlı üzərliyə görə saxlanıldı - Narkotik hesab olunurmu?

Rusiyada azərbaycanlı üzərliyə görə saxlanıldı - Narkotik hesab olunurmu?
Video
Digər 222

Bir neçə gün əvvəl bir azərbaycanlı Rusiyada maşınında üzərlik gəzdirdiyinə görə saxlanılıb.

O, 5-10 il arası həbs cəzası ala bilər. Səbəb isə üzərliyin tərkibində narkotik maddənin olmasıdır. Üzərlik bitkisi, əsasən də onun toxumları 2020-ci ildən narkotik maddələr siyahısına daxil edilib. Lakin xüsusilə türk xalqları arasında bu bitki bir adətdir, qorunma üsuludur.

Bəs üzərliyin tərkibi ilə bağlı deyilənlərdə doğruluq payı varmı?

Bioloq Eldar Şükürovun sözlərinə görə, üzərlik toxumları yandırıldıqda tərkibindəki alkaloidlər insana sakitləşdirici təsir göstərir, başağrısını azaldır və yuxugətirici effekt yaradır:

"Onun tərkibində az miqdarda da olsa, narkotik təsirli maddələr mövcuddur. Alkaloid tərkibli digər bitkilər sırasına lalə, çörəkotu və kəklikotu da daxildir".

Bir sıra ölkələrdə ‒ Gürcüstan, Litva, Ukrayna, Rusiya və digərlərində bu bitkidən istifadə qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır. Bəs Azərbaycanda məsələ ilə bağlı vəziyyət necədir?

Təyyarə və ya digər nəqliyyat vasitələrində ölkəyə bu cür bitkilərlə daxil olmaq hər hansısa qanun pozuntusu hesab olunurmu?

Hüquqşünas Hikmət Əliyev bildirib ki, üzərlik nə narkotik, nə psixotrop maddə, nə də güclü təsiredici vasitə kimi tanınmır: "Bu səbəbdən də onun ölkəyə gətirilməsi, saxlanılması və istifadəsi qanunvericiliklə qadağan olunmur və buna görə məsuliyyət nəzərdə tutulmur".

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

İyun ayında şanslı Bürclər hansılardır?

İyun ayında şanslı Bürclər hansılardır?

Yay təkcə tətil, parlaq günəş və dondurma vaxtı deyil, həm də ürəyin hisslərə açıq olduğu vaxtdır. Astroloqlar əmindirlər: 2025-ci ilin iyun ayı romantika dalğa...

30 Digər 23:59 04 iyun 2025

Son xəbərlər