Rubio "Calibri" şriftindən imtina etməyi tapşırdı
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin rəsmi sənədlərində "Calibri" şriftinin istifadəsinin dayandırılması və "Times New Roman" şriftinə qayıdılması barədə göstəriş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Rubio keçmiş prezident Co Baydenin administrasiyasının "Times New Roman" şriftinin istifadəsindən imtina etmək qərarını "gərəksiz mədəni müxtəliflik siyasəti aparmaq cəhdi" adlandırıb.
O bildirib ki, köhnə şriftə qayıtmaq departamentin yazılı sənədlərinə xoş görkəm və peşəkarlıq qaytaracaq. Rubio "Calibri" şriftini kifayət qədər rəsmi olmayan kimi xarakterizə edib ki, bu da nazirliyin rəsmi blanklarına mənfi təsir göstərib.
Oxşar xəbərlər
Hər səhər acqarına limonlu su içsəniz orqanizmdə nə baş verər? - Zərəri və xeyiri
Səhər acqarına limonlu su içmək sağlam həyat tərzi tərəfdarları arasında geniş yayılmış vərdişlərdən biridir. Bəziləri bunun orqanizmi toksinlərdən təmizlədiyin...