İranda Azərbaycan bayrağına hörmətsizlik – FOTO
                            
                                16
                                fev
                            
                                2017
                                20:17
                            
                            İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.
BAKU.WS Haqqin.Az-a istinadən xəbər verir ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.
Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov hoteldən əsl Azərbaycan bayrağını gətirib.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün Bayraq günü qeyd olunur
Bu gün Azərbaycanda dövlət bayrağı günü qeyd olunur. BAKU.WS xəbər verir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününü...