Qarabağ qazisindən güləşçilərə: "Erməniyə uduzmayın!" (FOTO, VİDEO)
Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan sərbəst güləşçilərimizin bu günkü məşqini izləyənlər arasında Qarabağ qazisi Kamil Musavi də olub.
Azərbaycan ordusunun baş leytenantı olan bu vətənpərvər soydaşımız döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə "Vətənə Xidmət medalı" ilə təltif olunub. Yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub. Qazax güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun tələbəsi olan Kamil bu gün də məşqlərini davam etdirir. Bundan sonrakı arzusunun Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmək olan qazimiz güləş yığmamızın üzvləri ilə görüşdə öz ürək sözlərini də bölüşüb:
"Mən çox istəyərdim ki, həmişə qalib olasınız. Xalqımızın həqiqətən qələbəyə, bayrağımızın yüksəlməsinə ehtiyacı var. Dünyada bizi o qədər də tanımırdılar. Ancaq Toğrul, Hacı, Xetaq, Şərif və digərlərinin sayəsində dünyada bizi tanıyırlar. Sağ olsun müəllimlərimiz də ki, sizdən öz dəstəklərini əsirgəmirlər. Bircə arzum odur ki, yarış zamanı kimə uduzsanız da, erməniyə uduzmayın. Bayrağımızı daim yüksəklərə qaldırın".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev nazirlik işçilərini təltif etdi (SİYAHI)
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamda deyil...