Yaralı kəşfiyyatçımıza süni göz köçürüləcək
2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant, Qazax güləş məktəbinin yetirməsi Müsavi Kamilə yeni protez ayaq qoyulub.
BAKU.WS femida.az-a istinadən bildirir ki, bu barədə Kamil Müsəvi özü məlumat verib.
Baş leytenant zədəli olan gözünün bərpası üçün mayın 8-də Türkiyəyə gedəcəyini bildirib.
"Müdafiə Nazirliyinin maddi və mənəvi dəstəyi ilə yeni protez ayaq qoyulub. Dövlətimizdən və vətəndaşlardan çox razıyam. Bir an belə məni diqqətdən kənarda qoymadılar. Bildiyiniz kimi mən həmin vaxt sol gözümü və ayağımı itirmişdim. Digər ayağım və qolum isə ciddi zədələnmişdi. Dövlətim maddi dəstəyi ilə mənə protez ayaq qoyumdu.
Güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov və qazaxlı xeyriyyəçi Arzuman Abdulkərimov gözümün bərpası üçün Türkiyədə müayinə keçməyimə kömək edirlər.
Müayinələrin nəticəsi müsbətdir. İnşallah, mayın 8-də gözümün bərpası üçün Türkiyəyə gedəcəyəm. Orada, həmçinin protez ayağım da dəyişdiriləcək. Yeni qoyulacaq ayaqda hissiyyat olacaq. Həyata inamım böyükdür".
Oxşar xəbərlər
Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi - İşə götürdü
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2014-cü ilin avqustunda cəbhədə gedən döyüşlərdə hər iki ayağını itirmiş keçmiş əsgər Sərxan Tahirzadəni ötən həftə...