Nikol Kidman boşanma dövrünü necə yaşadığını səmimi etiraf edib

Nikol Kidman boşanma dövrünü necə yaşadığını səmimi etiraf edib
Digər 125

Məşhur Hollivud aktrisası Nikol Kidman bildirib ki, 19 il evli olduğu musiqiçi Kit Urbandan boşandığı üçün çox çətin dönəmdən keçir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o bunu "Interview Magazine" nəşrinə etiraf edib.

"Özümü saxlayıram", - deyə 58 yaşlı aktrisa durumunu lakonik şəkildə izah edib.

Kidmanla Urbanın ayrılmaları haqqında xəbərlər sentyabrda yayılıb. Lakin mətbuatın məlumatına görə, cütlük yay aylarının əvvəlindən etibarən ayrı yaşayır. Onlar 2006-cı ilin iyununda evləniblər, bir müddət sonra onların iki qız övladı dünyaya gəlib: Sandey Rouz (17 yaş) və Feyt Marqaret (14 yaş).

Bir ay əvvəl Kidman ilk dəfə ictimaiyyət qarşısına çıxıb: onu Dallasda "amfAR" qala gecəsində görüblər. Tədbirdə zərif qara don geyinmiş ulduz özünü təmkinli aparıb, təbəssümü üzündən əskik olmayıb və o, gecənin ulduzları ilə fotolar çəkdirib.

Sentyabrın 30-da Nikol Kidman müğənni Kit Urbandan boşanması üçün ərizə verib. Aktrisa ərizəsində bildirib ki, boşanmağının səbəbi aradan qaldırılması mümkün olmayan fikir ayrılıqlarıdır. Bununla belə, "Daily Mail"in yazdığına görə, cütlük Kit Urbanın yeni sevgilisinə görə ayrılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər

Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər

Yeni ilin yaxınlaşması ilə insanların gələcək dövrlə bağlı gözləntiləri də artır. Astroloji şərhlərə görə, bəzi bürclər yeni ildə həyatlarında mühüm dəyişiklik...

258 Digər 23:59 22 sentyabr 2026

Son xəbərlər