Naməlum şəxs süni intellekt vasitəsilə özünü ABŞ dövlət katibi kimi təqdim etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Naməlum şəxs özünü ABŞ dövlət katibi Marko Rubio kimi təqdim etmək üçün süni intellekt tərəfindən yaradılan səs və mətnlərdən istifadə edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin yüksək rütbəli rəsmisinə istinadən "The Washington Post" (WP) məlumat yayıb.
Rubionun ofisinin Dövlət Departamentinin əməkdaşlarına göndərdiyi teleqramda qeyd olunur ki, cinayətkar məlumat və ya hesablara çıxış əldə etmək üçün nüfuzlu dövlət məmurlarını manipulyasiya etməyə çalışır.
Bildirilir ki, fırıldaqçı üç xarici işlər naziri, bir qubernator və Konqres üzvü ilə əlaqə saxlaya bilib.
Oxşar xəbərlər
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsini...