Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib

Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
Digər 46

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müvafiq qərar müzakirə edilib.

İclasda Məzahir Pənahovun komissiyanın sədri seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib.

Məzahir Pənahov etimada görə təşəkkürünü ifadə edib:

"Nəzərə almaq lazımdır ki, bizim tələbələrimiz öz yerində, amma yəqin ki, bir az da ciddiləşəcək. Çünki dünya siyasətinə əsasən, ölkə nə qədər güclü siyasət yürüdürsə, onu istəməyənlər də çoxalır. Bunu nəzərə alaraq işimizi qurmalıyıq".

*** 16:19

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, iclasın gündəliyinə əsasən, MSK sədri, onun müavini və katibləri seçiləcək.

Qeyd edək ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir.

Xatırladaq ki, Milli Məclisdə bu gün qəbul edilən qərara əsasən, MSK üzvləri aşağıdakılar müəyyənləşib:

Əsas üzvlər:

Abdullayeva Sevinc Qurban qızı,

Cavadov Fuad Musa oğlu,

Əsgərov Bəxşeyiş Məmməd oğlu,

Əsgərova Nailə Şahmərdan qızı,

Həsənov Tofiq Eldar oğlu,

Xələfov Elçin Abuzər oğlu,

İbrahimov Ramiz Hilal oğlu,

Qasımov Rövzət Afət oğlu,

Qəhramanlı Almas Əlisultan qızı,

Quliyev Etibar Cəfər oğlu,

Məmmədov Elmar Eldar oğlu,

Məmmədov İlham Sabir oğlu,

Muxtarova Arifə Ağaverdi qızı,

Orucov Qabil Əhməd oğlu,

Paşayev Hüseyn Məmməd oğlu,

Pənahov Məzahir Məhəmməd oğlu,

Rəhimov Mikayıl Rəhman oğlu,

Şahbazov İlkin Zaur oğlu.

Əvəzedici üzvlər:

Cəlilova Aysel Zaur qızı,

Qarayeva Züriyə Ruslan qızı,

Mustafayeva Elnarə Eyyub qızı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər