Meyxanaçı Ağamirzə Məmmədov: "İstəsək də, Rəşad Dağlı ilə görüşə bilmərik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Rəşadla bağlı ancaq ailə üzvləri vasitəsi ilə məlumat alırıq".
BAKU.WS xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov həbsdə olan həmkarı Rəşad Dağlının səhhətində yaranmış problemdən danışarkən deyib.
Meyxanaçı həmkarının əməliyyat olunmasını sosial şəbəkədən xəbər tutub:
"Onun səhhətində yaranmış problemdən xəbərsizəm. Hansı səbəbdən əməliyyat olunduğunu bilmirəm. Görüşə ancaq ailə üzvlərinə icazə verilir. Biz istəsək də, onunla görüşə bilmərik, çünki qanun buna yol vermir. Rəşadla bağlı ancaq ailə üzvləri vasitəsi ilə məlumat alırıq, səhhəti ilə maraqlanırıq".
Qeyd edək ki, bu günlərdə həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının səhhətində problem yaranıb. Meyxanaçı tibb məntəqəsində əməliyyat olunub.
Oxşar xəbərlər
Azərbaycanda 100 məktəblə bağlı yeni qərar verilir
"2027-ci ildə əlavə olaraq 100 məktəbin adambaşı maliyyələşmə mexanizminə keçidi üçün 223.8 milyon manat vəsait nəzərdə tutulub". BAKU.WS Oxu.Az-a istinadən xəb...