Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarılıb? - RƏSMİ
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.
Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq isə məlumat təkzib olunub.
"Belə bir əmr yoxdur", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.
Oxşar xəbərlər
Mövsümi allergiyası olanların NƏZƏRİNƏ - İndidən bunları edin
Yazın gəlişi ilə təbiət oyanır, havalar istiləşir. Lakin bəzi insanlar üçün bu gözəl fəsil mövsümi allergiya riski ilə müşayiət olunur. BAKU.WS xəbər verir ki,...