Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti
Azərbaycanda ənənəvi olaraq qadınlar ailə qurduqdan sonra həyat yoldaşlarının soyadını qəbul edirlər. Lakin son illər bu ənənədə müəyyən dəyişikliklər müşahidə olunur.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk üç ayında altı kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını götürüb.
Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar belə hallara birmənalı baxmadıqlarını bildiriblər.
"Kişi özünü zəif hiss edəndə bu addımı ata bilər", "Yəqin qadının soyadı daha yaxşı olur ki, kişi onu qəbul edir", - deyə sakinlər söyləyiblər.
Mütəxəssislər isə bildirirlər ki, bu addımın arxasında müxtəlif səbəblər dayanır. Bəzi hallarda ailə daxilində razılaşma, bəzən isə şəxsi və ya praktiki səbəblər bu qərara təsir edir.
Oxşar xəbərlər
Əməkdar jurnalist vəfat etdi
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib. BAKU.WS xəbər verir ki, Ənvər Qafarlı uzun illər AzTV-nin əsas xəbərlər proqramı olan "Xəbərlər" (keçmiş "Günün ekra...