Kardioloq ürəyi ən yaxşı qoruyan məhsulu açıqlayıb
Kardioloq Sara Aleksander "Daily Mirror" nəşrinə müsahibəsində avokadonun ürək sağlamlığı üçün faydalarından danışıb.
BAKU.WS xəbər verir ki, o, bu məhsulun müntəzəm olaraq səhər yeməyinə əlavə edilməsini tövsiyə edib.
Həkimin sözlərinə görə, avokado xolesterinin səviyyəsini aşağı salır və arterial təzyiqin normal saxlanmasına kömək edir. Araşdırmalar göstərib ki, həftədə ən azı iki porsiya avokado qəbul edən insanlar ürək-damar və işemik xəstəliklərlə daha az qarşılaşırlar.
Mütəxəssis bildirib ki, avokadonun faydalı xüsusiyyətləri onun tərkibində olan bitki sterolları, antioksidantlar, E vitamini və damar sağlamlığını dəstəkləyən digər qiymətli mikro və makroelementlərlə əlaqədardır.
Bundan əlavə, avokadonun yarısı insanın gündəlik lif ehtiyacının təxminən dörddəbirini təmin edir. Həmçinin bu meyvədə banandan daha çox kalium var ki, bu da duzun həddindən artıq istifadəsinin arterial təzyiqə mənfi təsirini azaltmağa kömək edir.
Oxşar xəbərlər
"Zita və Gita"dan deputatlığa: Rejissorun "yox" dediyi Hema Malini necə əfsanəyə çevrildi?
1948-ci ildə Tamil Naduda doğulan Hema Malini anasının səyi ilə klassik hind rəqslərinə yiyələnərək sənətə gəlib və 1968-ci ildə çəkildiyi ilk böyük rolundan so...