İlon Mask yeni şəhər salır

SpaceX qərargahı Texasa köçəcək.
BAKU.WS tass-a istinadən xəbər verir ki, İlon Mask ABŞ-nin kosmik texnologiyaları şirkəti SpaceX-in baş ofisinin Texasa köçəcəyini və burada yeni Starbas şəhərinin yaranacağını açıqlayıb. Milyarder SpaceX-in yerli hakimiyyətə göndərdiyi petisiyanı şərh edərkən "SpaceX-in baş qərargahı indi rəsmi olaraq Texas ştatının Starbase şəhərində olacaq" deyib.
Bu sənəddə Ulduz bazası kosmodromunun ərazisinə şəhər statusunun verilməsi tələb edilir. Mask həmçinin qeyd edib ki, şirkətin bir neçə yüz əməkdaşı artıq burada yaşayır.
Qeyd edək ki, iyul ayında İlon Mask SpaceX-in qərargahını Kaliforniyadan Texasa köçürmək planlarını açıqlamışdı. O, Kaliforniyanın qubernatoru Qavin Neysom-un LGBT hüquqlarını qorumağa yönələn qanunu imzalaması səbəbindən belə bir addım atmağı qərara aldığını bildirmişdi. Maskın sözlərinə görə, bu qanunun qəbulu onun üçün "son damla" olub.
Oxşar xəbərlər
Hər kəsin sevdiyi bu dadlı çay ağrıları kəsir, şəkəri tənzimləyir
Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir. Mixəyin tərkibində güclü antioksidantlar, vitaminlər və m...
