İlon Mask USAİD-in ləğv edildiyini açıqlayıb
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib.
İş adamı öz səhifəsində qeyd edib ki, agentliyin fəaliyyətini bərpa etmək olmaz. O, bunu "qurdlar topu" da adlandırıb.
"USAİD əməkdaşlarına hörmətlə yanaşaraq, mən bunu onunla (ABŞ Prezidenti Donald Tramp - Red.) ətraflı müzakirə etdim və o, razılaşdı ki, biz bunu bağlamalıyıq. Mən onunla bir neçə dəfə bunu aydınlaşdırdım", - o, həmçinin yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib, DOGE-nin rəhbəri İlon Mask isə təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.
"Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanı öldürən COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?" - Mask "X" sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Tramp agentliyin təşəbbüslərini 90 gün müddətinə dondurub - bu müddət ərzində onların proqramları yoxlanılmalıdır.
Oxşar xəbərlər
Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu
"Satoşi dövrü"nün ilk "Bitcoin" maynerlərindən biri özünə məxsus kriptovalyutanın 203 milyon dollar dəyərindəki hissəsini iki böyük kriptobrokerə köçürüb. Anali...