Hövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik"
Baku TV Hövsan kəndində yaşayan kolleksioner Elnur Kazımovun evindən reportaj hazırlayıb.
O, illərdir mənzilində qədim əşyaların zəngin kolleksiyasını toplayır: buraya mis məişət nümunələri, xalça-palazlar, patefon və digər tarixi dəyərə malik eksponatlar daxildir.
Şərqşünaslıq fakültəsini bitirən kolleksioner bildirir ki, qədim əşyalara marağı tələbəlik illərində yaranıb və zaman keçdikcə bu, onun sevimli hobbisinə çevrilib:
"Köhnə əşyalara ikinci həyat verdik".
Elnur Kazımov evində şəxsi kitabxanasını da böyük qayğı ilə qoruyub saxlayır. O, ayrıca bir otaq inşa etdirərək burada 6 500-dən çox kitab yerləşdirib. Bundan əlavə, 2500-dən artıq kitab hələ də rəflərə düzülməyib.
Kolleksionerin sözlərinə görə, kitabxanasında elə nadir nüsxələr var ki, onlara hətta Milli Kitabxanada belə rast gəlinmir. Onun arxivində məşhur "Molla Nəsrəddin" jurnalının müxtəlif nüsxələri də yer alır.
E.Kazımov kolleksiyasının ən qiymətli tapıntısının "Füyuzat" jurnalının bütün nömrələrinin toplandığı cild olduğunu və onu 350 manata əldə etdiyini bildirib.
Oxşar xəbərlər
İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
İrandan fevralın 28-i saat 08:00-dən aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...