Gün işığı immun sistemini gücləndirir

Yeni Zelandiya Oklend Universitetinin alimləri müəyyən ediblər ki, gün işığı immun sisteminin infeksiyalarla mübarizə qabiliyyətini artırır.
BAKU.WS Science Immunology jurnalında dərc olunan araşdırmaya əsasən xəbər verir ki, insan orqanizmində ən çox rast gəlinən ağ qan hüceyrələri olan neytrofillər gün işığı altında bakteriyaları daha aktiv şəkildə məhv edirlər.
Neytrofillər iltihab ocağına ilk çataraq orqanizmi patogenlərdən qoruyan əsas hüceyrələrdir. Alimlər tədqiqat zamanı şəffaf bədən quruluşuna malik və genetik olaraq insanla oxşarlıq göstərən danio-rerio balıq modelindən istifadə ediblər. Bu model vasitəsilə immun hüceyrələrin davranışını real vaxtda izləmək mümkün olub.
Tədqiqat zamanı məlum olub ki, neytrofillərin özlərinə məxsus sirkadiyen (bioloji) ritmləri var və bu ritmlər günün işıq və qaranlıq dövrlərinə uyğunlaşır. Məhz işıq təsiri altında bu daxili mexanizmlər aktivləşir və hüceyrələrin antibakterial funksiyalarını gücləndirir. Gün işığı altında neytrofillər iltihaba daha tez reaksiya verir və bakteriyaları daha effektiv şəkildə məhv edirlər.
Alimlər bildiriblər ki, bu kəşf gələcəkdə immun hüceyrələrin bioloji ritmlərini tənzimləyən dərmanların hazırlanmasına təkan verə bilər. Bu isə orqanizmin infeksiyalara və iltihab proseslərinə qarşı müqavimətini artırmağa kömək edəcək. Hazırda tədqiqatçılar işığın immun hüceyrələrinə təsir mexanizmlərini daha dərindən öyrənməyə çalışırlar.
Qeyd edək ki, 2025-ci ilin aprelində aparılan başqa bir araşdırma göstərmişdi ki, sağlam və davamlı yuxu da infeksiyaların ağır keçməsi riskini azaldır. Belə ki, müntəzəm olaraq gündə yeddi saat və daha çox yatan insanların infeksiyaya görə xəstəxanaya yerləşdirilmə ehtimalı orta hesabla 12 faiz aşağı olur.
Oxşar xəbərlər
Meteoroloqlar yaxın beş ildə qlobal istiləşmənin davam edəcəyini gözləyirlər
Yaxın beş ildə qlobal temperatur artımının, böyük ehtimalla, Paris İqlim Sazişində nəzərdə tutulmuş iqlim istiləşməsinin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması...
