"Viagra" kimi təsir göstərən meyvə

Viagra kimi təsir göstərən meyvə
Digər 109

Alimlər Viagra-nın təsirinə bənzər effekt göstərə bilən bir meyvəni müəyyən ediblər. Onların sözlərinə görə, bu məhsulun müntəzəm qəbulu qan dövranını yaxşılaşdıra və potensiyaya müsbət təsir göstərə bilər.

BAKU.WS-in məlumatına görə, söhbət qarpızdan gedir. Qarpızın tərkibində qan damarlarının genişlənməsinə və qanın axınını yaxşılaşdırmağa kömək edən amin turşusu - sitrullin mövcuddur. Bu təsir mexanizmi məşhur potensiya artırıcı preparatın təsirinə bənzəyir.

Həkimlər xəbərdarlıq edirlər ki, qarpızın faydalı xüsusiyyətlərinə baxmayaraq, o, ciddi ereksiya pozğunluqları zamanı tibbi müalicəni əvəz etmir. Qarpız yalnız yüngül potensiya problemləri olan kişilər üçün təbii dəstək vasitəsi kimi çıxış edə bilər.

Meyvəni təzə halda və ölçülü şəkildə istehlak etmək, çox yeməmək tövsiyə olunur ki, sağlamlıq üçün maksimum fayda əldə edilsin.

Son xəbərlər