Zəngəzur dəhlizi üzrə görülən işlər və Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanışlıq olub
Azərbaycan Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar.
BAKU.WS xəbər verir ki, tanışlıq zamanı bu nəqliyyat qovşaqlarının regionda nəqliyyat əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Həmçinin ərazidə gömrük xidmətinin təşkili və bu istiqamətdə aparılan işlər nəzərdən keçirilib. Adiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən yerində müvafiq brifinqlər verilib.
Xatırladaq ki, bu gün Zəngilanda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.
Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri bir sıra obyektlərə baxış keçirib, görülən işlərlə tanış olublar.
Qalereya
Oxşar xəbərlər
İranın sensasiyalı qisas planı: Hadisələr ətraf ölkələrə necə təsir edəcək?
"Biz bu hərbi əməliyyatların ən qısa müddətdə başa çatacağını və gəmilərin səyahətlərinə davam edib, yenidən Hörmüz boğazından təhlükəsiz şəkildə keçə biləcəyin...