Əməkdar artist Yadigar Muradov dəfn olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Yadigar Muradov dəfn olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onun nəşi Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
***12:39
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onun nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılır.
Qeyd olunub ki, mərhumun ailəsi hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.
***07:58
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.
Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. "Report" Nepal medias...