"Fram2" missiya heyəti ilə "Crew Dragon" kosmik gəmisi Yerə qayıdır
İlk mülki heyəti qütb orbitinə aparan "SpaceX"in "Crew Dragon" kosmik gəmisi uğurla Yerə qayıdıb.
"Report" xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Hava gəmisi Kaliforniya sahillərinə enib. "Crew Dragon"un "Fram" missiyası astronavtları ilə sıçraması təsdiqləndi, Yerə xoş gəldiniz", - paylaşmda qeyd olunur.
Dörd nəfərdən ibarət ekipaj - sahibkar Çun Vanq (Malta), kinorejissor Jannike Mikkelsen (Norveç), robot texnikası üzrə mütəxəssis Rabea Roqqe (Almaniya) və peşəkar səyahətçi Erik Filips (Avstraliya) ilə hava gəmisinin buraxılması bazar ertəsi baş tutub. Uçuş zamanı astronavtlar bir sıra eksperimentlər aparıb, həmçinin planetin Şimal və Cənub qütbləri üzərində uçublar.
Oxşar xəbərlər
Bu gün Aşuradır
İyunun 25-i Aşura günüdür. BAKU.WS xəbər verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir. Azərbaycanda Aşura günündə ənənəv...