Faciəli şəkildə həlak olan gəmi kapitanının atası: "Bir gün öncə zəng etmişdi..."
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında yük gəmisinin dron hücumuna məruz qalması ilə Azərbaycan vətəndaşı həlak olub.
BAKU.WS Azərbaycan Televiziyasına (AzTV) istinadən xəbər verir ki, hücum nəticəsində ölən gəminin kapitanı, 1974-cü il təvəllüdlü Rüstəm İsmayıl oğlu Həsənov həyatını itirib.
Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Rüstəm Həsənovun ailə üzvləri onun hadisədən bir gün əvvəl onlarla telefonla danışdığını bildiriblər. Atası İsmayıl Həsənovun sözlərinə görə, o, avqustun 15-də səfərə çıxıb: "Aradan bir ay keçdi, zəng elədi. Gəlib gəlməyəcəyini soruşdum, dedi ki, gəmidə bir az təmir işləri var. Onları bitirim".
Hadisədən bir gün əvvəl isə Rüstəm Həsənov ailəsinə gəminin artıq dənizə çıxdığını və İtaliyaya yük apardığını bildirib. O, səfərdən qayıtdıqdan sonra evə dönəcəyini söyləyib.
Lakin ertəsi gün ailə faciəli xəbər alıb. Mərhumun atası bildirir ki, hadisə barədə məlumat saat 11 radələrində yayılıb.
Oxşar xəbərlər
2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək proqnozlar
2027-ci il bəzi bürclərin şəxsi həyatında mühüm dəyişikliklərlə yadda qala bilər. BAKU.WS xəbər verir ki, astroloqların fikrincə, xüsusilə subay olan bəzi bürc...