Ermənistanda Karapetyanın şirkətinin milliləşdirilməsi ilə bağlı mühüm addım
Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi iş adamı, "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi ilə bağlı qanun layihəsi üzrə ictimai dinləmələr keçirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, dinləmələrə nazir David Xudatyan sədrlik edib.
Tədbirdə "Ermənistan Elektrik Şəbəkələri"nin müvəqqəti idarəçisi Romanos Petrosyan, İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının üzvü Sergey Aqinyan, energetika sistemi şirkətlərinin rəhbər və nümayəndələri, KİV təmsilçiləri, eləcə də vətəndaşlar iştirak ediblər.
Nazir bildirib ki, qanun layihəsinin əsas məqsədi əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, sosial və strateji əhəmiyyətli obyektlərin normal fəaliyyətinin davam etdirilməsi, enerji sisteminin sabitliyinin qorunması və istehlakçı hüquqlarının müdafiəsidir.
Nazirliyin məlumatına görə, ictimai dinləmələr zamanı layihə ilə bağlı hər hansı təklif və ya irad səsləndirilməyib.
Xatırladaq ki, 18 iyun 2025-ci ildə "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyan hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlarda ittiham olunaraq saxlanılmışdı. "Taşir" qrupuna Ermənistanda elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən "Ermənistan Elektrik Şəbəkələri" QSC də daxildir.
Karapetyan əvvəlcə iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilmiş, daha sonra həbs müddəti bir neçə dəfə uzadılmışdı. Bu il yanvarın 18-də isə o, ev dustaqlığına buraxılıb.
Oxşar xəbərlər
"Peşə fədakarlarının bir günü": Təcili tibbi yardım əməkdaşlarının iş prosesi
AZƏRTAC "Peşə fədakarlarının bir günü" layihəsinə start verib. Layihənin ilk buraxılışı təcili tibbi yardım əməkdaşlarının gündəlik fəaliyyətinə həsr olunub. Bu...