Ərdoğan: Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə İran və Birləşmiş Ştatlar arasında fikir ayrılıqlarının həllində vasitəçi rolunu öz öhdəsinə götürməyə hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Asharq Al-Awsat" qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz bütün platformalarda İrana qarşı hər hansı hərbi addımların qəbuledilməzliyini ifadə etmişik", - o qeyd edib.
Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. O, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi
Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Rama...