DİQQƏT! WhatsApp bu telefonlarda İŞLƏMƏYƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp köhnə model telefonlara dəstəyi dayandıracağını açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 1 may 2025-ci ildən etibarən WhatsApp yalnız iOS 15.1 və daha yeni versiyaları dəstəkləyəcək. Bununla yanaşı, bəzi Samsung modellərində də tətbiqin işləməyəcəyi bildirilib.
Meta şirkəti bu qərarın əsas səbəbi kimi performans problemləri, təhlükəsizlik riskləri və istifadəçi təcrübəsinin zəifləməsini göstərib.
WhatsApp-ın dəstəyi dayandıracağı bəzi cihazlar:
Apple: iPhone 5, iPhone 5C, iPhone 6 seriyası
Samsung: Galaxy Ace Plus, Galaxy Note 3 seriyası, Galaxy S4 Mini
Bu modelləri işlədən istifadəçilər WhatsApp-dan istifadə edə bilməyəcək.
Oxşar xəbərlər
96 yaşlı milyarder 48 ildir su içmirmiş
Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən əlli ilə yaxındır ki, bir stəkan da olsun su içmədiyini etiraf edib. BAKU.WS "Qafqaz...