Dilarə Səlim vəzifəsindən azad edilib?
26
iyn
2026
23:23
"Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.
"Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir", - o bildirib.
Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
Oxşar xəbərlər
Bu qidalar beyin damarlarının zədələyə bilər
Ultraemal olunmuş qidaların tez-tez istehlakının beyin damarlarında gizli zədələnmələrlə əlaqəli ola biləcəyi müəyyən edilib. Kanada alimlərinin araşdırmasına g...