Çiy, yoxsa bişmiş tərəvəz? Hansı FAYDALIDIR?
Tərəvəzlərin çiy və ya bişmiş halda yeyilməsi sağlamlıq üçün fərqli təsirlər yaradır.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, çiy tərəvəzlərdə vitaminlər və antioksidantlar daha çox qorunur.
Məsələn, C vitamini istiliklə zəifləyir, ona görə çiy tərəvəzlər bu vitamini daha yaxşı saxlayır.
Lakin bəzi tərəvəzlərdə, məsələn, kök və pomidorda bişirmə ilə bədən üçün faydalı olan likopen və beta-karoten kimi maddələr daha çox aktivləşir. Bişirmə zamanı isə tərəvəzlərdə bəzi liflər yumşalır və həzm asanlaşır.
Ancaq yüksək temperatur və uzun müddətli bişirmə vitamin itkisinə səbəb ola bilər. Nəticədə, tərəvəzlərin faydasını maksimum dərəcədə əldə etmək üçün həm çiy, həm də az bişmiş tərəvəzləri qida rasionuna daxil etmək məsləhətdir
Oxşar xəbərlər
Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? - İDDİA
Bakı şəhəri 292 saylı tam orta məktəbdə şagirdlərin fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub. Məktəblilərin bildirdiyinə görə, bu halları təkcə...